Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Rauf Hacıyevin yaradıcılığı və Azərbaycan musiqisi” başlıqlı söhbət  keçirilib

19.10.2022

19.10.2022-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı Azərbaycanın görkəmli bəstəkarı və dövlət xadimi, Azərbaycanın Xalq artisti Rauf Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə " Rauf Hacıyevin yaradıcılığı və Azərbaycan musiqisi" başlıqlı söhbət  keçirdi.Tədbirdə kitabxanaçı Mehriban  Məmmədzadə Rauf Hacıyevin həyatı haqqında qısa məlumat verdi. Rauf Hacıyev 1922-ci il may ayının 15-də Bakı şəhərində anadan olmuşdur. Rauf Hacıyevin bəstəkar kimi formalaşmasında dahi bəstəkar Üzeyir Hacıbəyovun böyük rolu olmuşdur. Müxtəllif janrlarda yazdığı çoxsayda qiymətli  əsərləri, o cümlədən kantatalar,  oratoriyalar,  simfoniyalar bəstəkara şöhrət qazandırmışdır. Tədbirdə 24 saylı orta məktəbin musiqi müəllimi Yeganə Məmmədova ecazkar musiqilərin və müxtəlif  janrların bəstəkarı Rauf Hacıyevin yaradıcılığı haqqında geniş məlumat verdi. Müəllimə qeyd etdi ki, parlaq istedadlı bəstəkar Azərbaycan musiqisinə yeni bir janr gətirdi. Bəstəkarın operettaları musiqimizdə yeni bir səhifə açmışdır. Onun musiqi dili xalq  musiqisi və müasir estrada üslubunun sintezindən  ibarətdir desək yanılmarıq.Yaradıcılığının parlaq dövründə 15 filmə musiqi yazmışdır: bunlardan,  "Əhməd haradadır",  "Bir qalanın sirri",  "Qara daşlar",  "Qafqaz əsiri",  "Romeo mənim qonşumdur", "Nizami" və.s.   Rauf Hacıyev 7 operetta yazmışdır. Təqdirəlayiqdir ki,  onlardan beşi məhz Moskva Dövlət operetta teatrının səhnəsində tamaşaya qoyulmuşdur. 
 Məktəblilər  bəstəkarın  "Bakı haqqında mahnı"sını  oxudular,  müəllimə isə onları fortepianoda müşayiət etdi.
Rauf Hacıyev dövlət tərəfindən dəfələrlə fəxri adlara və ordenlərə layiq görülmüşdür. 
O, 1995-ci ildə Bakıda  fəxri xiyabanda dəfn olunmuşdur.

 

99 KB

 

90.7 KB